Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Xidmətlər

QİAM aşağıdakı xidmətləri göstərir:

  • Araşdırma xidmətləri
  • Təşkilati xidmətləri
  • Məsləhət xidmətləri

Araşdırma xidmətləri

Mərkəzimizin ən əsas xidmətlərindən biri sosial-iqtisadi araşdırma və sorğuların aparılmasıdır. Təşkilat aşağıdakı istiqamətlərdə araşdırmalar aparır:

  1. Kiçik və orta sahibkarlığın problemləri

  2. İnvestisiya mühiti

  3. Qeyri-neft sektorunun inkişafı

  4. Ticarət və Azərbaycanın beynəlxalq ticarət münasibətləri

  5. Regionların social-iqtisadi inkişafı və s.

Eyni zamanda təşkilat Kənd Təsərrüfatı,Büdcə, İnvestisiya, Turizm və bir sıra digər sahələrdə sorğular həyata keçirir.

Yuxarıdakı fəaliyyətləri icrası üçün Mərkəz müvafiq iqtisadi ixtisasa malik 30-yaxın ekspertə malikdir. Bu ekspertlər BMK,DB,UNICEF və Alman Texniki Əməkdaşliq Təşkilatı kimi təşkilatların sorğularında iştirak etmişdir.

Təşkilati xidmətlər
QİAM konfrans,seminar və treyninqlər kimi təşkilati xidmətlər göstərməkdədir.

Konfrans
Konfrnasların təşkili xidməti bir sıra fəaliyyətləri əhatə edir.QİAM konfrnasların təşkilində qonaqların dəvət edilməsi,yerləşdirilməsi və yola salınması,qida təchizatı, konfrans materiallarının hazırlanması və çapı, sinxron tərcümə, iştirakçılar üçün Bakı şəhərinin görməli yerləri üzrə turların təşkili kimi bir sıra digər xidmətləri göstərir.

Seminar
QİAM sosial-iqtisadi mövzularda müxtəlif seminarlar təşkil edir. Bu növ tədbirlərdə təşkilatımız iştirakçıların və digər qonaqların dəvət edilməsi və yerləşdirilməsi, qida təchizatı, sinxron tərcümə, seminar materiallarının paylanılması , texniki vasitəlrlə təminat kimi bir sıra xidmətlərin göstərilməsinə cavabdehdir.

Treyninqlər
Müasir iqtisadi şəraitdə müxtəlif iqtisadi ixtisaslar üzrə treyninqə olan təlabatı nəzərə alaraq Mərkəz ictimaiyyət və biznes strukturlarının nümayəndələri üçün aşağıdakı treyninqləri təşkil edir:
1. Mühasibat Uçotu və Beynəlxalq Mühasibat uçotu Standartları
2. Beynəlxalq Keyfiyyət Standartları (ISO 9001:2000 və Daxili Audit, Ümumi Keyfiyyət Menecmenti (TQM))

Məsləhət xidmətləri

Mərkəzin xidmətləri ticarət, standartlar və mühasibat uçotu sistemlərini əhatə edir:

  1. ISO 9001, 14001 standartları üzrə məsləhət xidmətləri

  2. İxrac əməliyyatları üzrə məsləhət xidmətləri.

  3. Beynəlxalq Mühasibat Uçotu Sistemlərinə keçidlə bağlı xidmətlər

  4. Azərbaycanın ÜTT-yə üzvlüyünün şirkətlərin fəaliyyətinə təsirləri ilə bağlı xidmətlər

 

 


Elanlar

Beynəlxalq Mühasibat Uçotunun(İAS və İFRS) kursları

Beynəlxalq Mühasibat Uçotunun kursları təşkil olunur. Kurs biznes strukturların nümayəndələri və iqtisadi istiqamətlərdə tədris alan universitet tələbələri üçün nəzərdə tutulur.İştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər. Kursda iştirak ödənişlidir. Tələbələr üçün xüsusi güzəştlər tətbiq olunur.

Tel: +994 12 436-86-74

Mob.: +994 055 767 90 85

office@qiam.org

Əlaqələndirici şəxs: Radil Fətullayev

Biznesin əsasları kursu

QİAM universitet tələbələrinin və biznes fəaliyyətinə maraq duyan şəxslər üçün "Biznesin əsasları" kursunu təşkil edir. Kurs ödənişlidir. Əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrində istifadə etməniz xahiş olunur.

Tel: +994 12 436-86-74

Mob.: +994 055 767 90 85

E-poçt: pid@qiam.org

Əlqaələndirici şəxs: Firudin Məmmədov

Kurslarda iştirak etmək istəyənlərin aşağıdakı tarixə qədər təşkilata müraciət etmələri xahiş olunur.

Tarix: 01 Oktyabr 2008

 

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi