Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Lənkaran iqrtisadi rayonunda sorğu

Alman Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) və QİAM arasında bağlanılan müaviləyə əsasən Mərkəz sorğu aparmışdır. Sorğu Lənkəran iqtisadi rayonunun Lənkəran,Masallı, Lerik və Astara rayonlarında 90 müəssisə arasında keçirilmişdir. Sorğunun məqsədi sahibkarların,fermerlərin və işgüzar adamların fəaliyyətləri zamanı üzləşdiyi problemləri müəyyənləşdirmək və onlara əsaslanaraq Lənkəran biznes tədris Mərkəzinin bir illik fəaliyyət proqramının hazırlaması olmuşdur. Sorğu Alman Texniki Əməkdaşlıq Təşkilatı tərəfindən maliyyələşdirilmişdir.

Aparılan sorğu nəticəsində sahibkarların qarşısında duran ən vacib problemin maliyyə çatışmazlığı olduğu müəyyən edilmişdir. Maliyyə vəsaiti onların fəaliyyətinin genişlənməsi üçün zəruri olduğu müəyyənləşdirilmişdir. Sahibkarlar maliyyə resurslarının əldə edilməsi prosessində sənədləşmə probelmi ilə də sıx qarşılaşmaqdadırlar. Bu probelmlərlə yanaşı digər problemlərdə müəyyənləşdirilmişdir. Belə ki sahibkarlar bazrın araşdırılması ilə əlaqədar heç bir fəaliyyət göstərmirlər. Buna səbəb kimi marketinq fəaliyyətinin sahibkarlara verə biləcəyi üstünlüklərdən onların kifayət qədər məlumata malik olmamasıdır. Lakin sahibkarlar öz məhsul satışının artırılması məqsədilə reklam tədbirlərinin görülməsində çox maraqlıdırlar.

Eyni zamanda sorğu zamanı müəssisələrdə mühasibat uçotunun vəziyyəti haqqında məlumat əldə edilmişdir. Qarşıdakı illərdə ölkə səviyyəsində Milli mühasibat uçotu standartlarının tətbiqini nəzərə alsaq bu müəssisələrin də yeni sistemin tətbiqinin tədrisi ilə əlaqədar həyata keçirilən tədbirlərdə iştirakı vacib hesab edilmişdir.

Sorğu materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, müəssisələrdə informasiya texnologiyaları xüsusilə kompüterlərdən istifadə çox aşağı səviyyədədir. Fermerlərin isə üzləşdiyi ən böyük probelmlər dərmanların, texnika və texnologiyanın çatışmazlığı, torpaqların su ilə təchizatını təmin edən irriqasiya sistemlərinin mövcud olmamasıdır.

Sahibkarlar öz fəaliyyətinin daha səmərəli təşkili üçün aşağıdakı xidmətlərdən istifadə etmək niyyətini bildirmişlər :Bazarın araşdırılması,maliyyə vəsaitlərinin cəlbi və müxtəlif şirkətlərlə biznes əlaqələrinin qurulması,işçi heyətin müxtəlif ixtisasartırma kurslarına göndərilməsi və təlimlərin keçirilməsi və s.

Sorğu haqqqında daha ətraflı məlumat müxtəlif sahələr (sənaye,kənd təsərrüfatı,ticarət,turizm və xidmət) üzrə təhlil edilərək Alman Texniki Əməkdaşlıq Təşkilatı və İqtisadi İnkişaf Nazirliyinə təqdim olunmuşdur.

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə əməkdaşları:

» Alman Texniki Əməkdaşlıq Təşkilatı

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi