Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Lənkəran Biznes Tədris Mərkəzi

"Azərbaycan Respublikası Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində icra olunan layihənin məqsədi Lənkəran iqtisadi rayonunun sahibkarlarının sistematik tədbirlər keçirilməsi, sahibkarlıq sahəsində müasir qabaqcıl təcrübələrin öyrədilməsi, müntəzəm görüşlərin keçirilərək problemlərinin araşdırılması yolu ilə inkişafını təmin etməkdən ibarətdir.

Layihə 2 il müddətinfə icra olunacaqdır. Tədbirin ilk ilində aşağıdakı fəaliyyətlərin icrası nəzərdə tutulur:

  • Sahibkarların qarşılaşdığı problemlərin öyrənilməsi məqsədi ilə dövri olaraq sorğuların keçirilməsi;
  • Sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərə iqtisadi və hüquqi yönümdə məsləhət xidmətlərinin göstərilməsi;
  • Regionlarda sahibkarlarla görüşlərin təşkil olunması və regionun hər bir rayonunda treninq kursların təşkil etməklə sahibkarlar və gənclərin maarifləndirilməsi kompaniyasını həyata keçirilməsi. Planlaşdrılan treninqlərin mövzuları əvvəlcədən keçirilən sorğuların nəticələ¬rindən çıxış edərək müəyyənləşdiriləcəkdir;
  • Region üçün daha çox əhəmiyyət kəsb edən iqtisadi sahələr üzrə xarici mütəxəssisləri dəvət edərək onların təlimlərdə iştrakının təmin olunması;
  • Yerli telekanallarda sahibkarların maarifləndirilməsi məqsədi ilə biznes sahəsində yüksək nəaliyyətlər əldə etmiş sahibkarlar və bu sahə üzrə ölkənin aparıcı elm adamlarının iştirakı ilə verilişlərin təşkil olunması, həmçinin KİV-də çıxışlar etmək;
  • həmçinin bu dövr ərzində “Biznes fəaliyyəti zamanı sahibkarların qarşılaşdıqları problemlər və onların həlli yolları” adlı tövsiyyənin hazırlanması.

Layihə Alman Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) tərəfindən maliyyələşdiriləcək və Iqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi altından QİAM tərəfindən həyata keçiriləcək.

Artıq layihənin icra olunması üçün regionda mərkəzi ofis təyin olunub və müvafiq hazırlıq işləri gedir. Bununla yanaşı layihədə nəzərdə tutulan təlimlərin mövzularını və mərkəzin fəaliyyət planını hazırlamaq üçün regionda 90 müəssisədə sorğu aparılmışdır.

 

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə əməkdaşları:

» Alman Texniki Əməkdaşlıq Təşkilatı

» Iqtisadi Inkişaf Nazirliyi

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi