Qaçqınların sıx məskunlaşdığı rayonlarda Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramıın icrasına Dəstək Təşəbbüsü layihəsi
QİAM və Danimarka Qaçqınlar Şurası ( DQŞ) birlikdə İqtisadi Inkişaf Nazirliyinə layihə konsepsiyası hazırlamışdır və bu layihənin Nazirliyin rəhbərliyi altında QİAM və DQŞ tərəfindən icra olunması planlaşdırılır.
Layihənin məqsədi Azərbaycanın İqtisadi Regionlarının Sosial-iqtisadi İnkişafı barədə Dövlət Proqramının həyata keçirilməsinə dəstək/fasilitasiya vasitəsilə Yuxarı Qarabağ və Aran İqtisadi Regionlarının on rayonunda məskunlaşmış MK/Qaçqın və münaqişədən zərər çəkmiş digər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasıdır.
Vəzifələr:
1. Ağcabədi və onun ətrafında yerləşən Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında fəaliyyət göstərən sahibkarlara Biznes Tədris Mərkəzi və onun filialları vasitəsilə biznes təlim və məsləhətlər verməklə sahibkarlığın inkişafına və onların qarşılaşdıqları problemlərin həllinə nail olmaq, MK/Qaçqın və digər münaqişədən zərər çəkmiş yerli əhalini peşə təlimi kurslarına cəlb etməklə onların yaşayış standartlarını və biznes fəaliyyətini artırmaq;
2. 2008-ci ilin sonunadək 10 rayonda kredit verməklə kiçik sahibkarlıq subyektlərini yaratmaq/genişləndirməklə, kredit və güzəştli borc vasitəsilə xırda biznes üzrə iş yerlərini yaratmaqla MK/Qaçqın və münaqişədən zərər çəkmiş digər yerli əhali arasında işsizliyi azaltmaq;
3. Layihə müddətində əlavə yardımçı partnyorların cəlbi, icma və bələdiyyənin köməyinə istinadən təhsil və səhiyyə obyektlərinin tikinti/bərpası, icma daxili yolların asfaltlaşdırılması və artezian quyularının qazılması yolu ilə MK/Qaçqın və münaqişədən zərər çəkmiş digər yerli əhalinin yaşayışını yaxşılaşdırmaq və daha müasir infrastruktura malik olmalarını təmin etmək;
4. Sahibkarlar arasında yeni məhsul, istehsalat texnologiyaları, maliyyə və inzibati idarəetmə metodları, yeni fəaliyyət sahələri və onların təşkili metodlarını yaymaq və eyni zamanda hədəf əhali arasında işsizliyi azaltmaq məqsədilə 10 rayonda pilot kənd təsərrüfatı və emal müəssisələri yaratmaq;
Lahiyənin 2006-2008 illər müddətində icra olunması planlaşdırılır. Birbaşa faydalananlar 1,373,630 nəfər MK/Qaçqın və münaqişədən zərər çəkmiş digər yerli əhalidən, o cümlədən 1,026,311 yerli və 347,319 MK/Qaçqından ibarətdir.
Layihəni əsas 4 prioritet sahəsi vardır- sahibkarlığın inkişafı və peşə bacarıqlarının artırılması, kredit fəaliyyəti, sosial infrastrukturun bərpası və pilot biznes layihələri. |
|