Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Sahibkarlara Hüquqi Xidmət Mərkəzi

"Regionların sosial iqtisadi inkişafı dövlət proqramının icrasına dəstək təşəbbüsü" konsepsiya çərçivəsində hazırlanan layihələrdən biri də Ağcabədi rayonunda Sahibkarlara Hüquqi Xidmət Mərkəzinin açılmasıdır. Bu istiqamətdə aparılan maliyyə axtarışlarının nəticəsində Açıq Cəmiyyət İnstitutu Yardım Fondu onlara göndərilən məktuba müsbət cavab verərək adı çəkilən layihəyə maliyyə vəsaiti ayrılmasina raziliq vermişdir. Layihə 6 ay ərzində həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi yerli sahibkarların və sahibkarlıq təşəbbüsündə olan şəxslərin bu sahənin hüquqi tərəfləri barədə maarifləndirilməsi və hüquqi problemlərin həll edilməsində onlara müxtəlif xidmətlər vasitəsilə köməklik göstərməkdir. Mərkəz fəaliyyəti hüquqi məsləhət xidmətinin göstərilməsi,hüquqi problemlərlə əlaqədar şikayət və ərizələrə baxılaraq səlahiyyətli orqanlara ötürülməsi, müxtəlif mövzularda dövlət,özəl sektor və vətəndaş cəmiyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masaların təşkili və sorğuların aparılmasını əhatə edir. Layihənin ümumi məbləği 6 min dollardır.

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə əməkdaşları:

» İqtisadi Inkişaf Nazirliyinə

» Danimarka Qaçqınlar Şurası

» Açiq Cəmiyyət Institutu

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi