Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


“Ümumdünya Ticarət Təşkilatının (ÜTT) səmərələri haqqında özəl sektorun məlumatlılığının artırılması” layihəsi

Qlobal İqtisadi Araşdırmalar Mərkəzi ABŞ səfirliyinin elan etdiyi kiçik qrantlar proqramında iştirak edərək qalib olmuşdur. Həyata keçirilən “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) səmərələri haqqında özəl sektorun məlumatlılığının artırılması” layihəsinin əsas məqsədi ÜTT -yə üzv olduqdan sonra respublikamızın əldə edəcəyi üstünlüklər barəsində cəmiyyətimizin məlumatlandırılmasıdır. Buna görə QİAM müxtəlif qruplar üçün silsilə seminarların keçirilməsini nəzərdə tutaraq ölkənin paytaxt və regionlarında seminarlar təşkil etmişdir.

15 noyabr 2007-ci il tarixində KİV nümayəndələri üçün “Azərbaycanın ÜTT-yə üzvlüyünün əhəmiyyəti və bu prosesdə KİV-in rolu” mövzusunda, 29 noyabr 2007-ci il tarixində Bakı şəhərində, 17 Dekabr 2007-ci il tarixdə Lənkəran rayonunda , 15 Yanvar 2008-ci il tarixdə Quba rayonunda, 7 Fevral 2008-ci il tarixdə Şəki rayonunda, 28 Fevral 2008-ci il tarixdə Gəncə şəhərində, 18 Mart 2008-ci il tarixdə Əlibayramlı rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) səmərələri haqqında özəl sektorun məlumatlılığının artırılması” mövzusunda seminarlar keçirilmişdir. Keçirilən seminarlarda ÜTT-nin mahiyyəti, bu təşkilata üzvlüyün özəl sektora təsirləri, Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı qanunvericilik, mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar, ticarət rejimi ilə bağlı çoxtərəfli danışıqlar və həyata keçirilən digər tədbirlər, üzvlük prosesində mövcud olan fikir ayrılıqları, özəl sektorla məsləhətləşmələrin əhəmiyyəti haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

Bundan sonra sahibkarların üzvlük prosesində iştirakını təmin etmək üçün üzvlük prosesinin yuxarıda qeyd olunan istiqamətlərində onların rəy və təklifləri toplanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunmuşdur Onu da qeyd edək ki, layihə çərçivəsində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə 525-ci qəzetin 10 nömrəsində ÜTT haqqında dövrü məqalələr dərc olunmuş və İctimai televiziyada ( İTV ) Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar veriliş efirə verilmişdir.

 

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə əməkdaşları:

» ABŞ səfirliyi

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi