Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

Məlum olduğu kimi ölkəmizdə ÜTT yə qəbul olmaq istiqamətində bir çox işlər görülür . ÜTT -ə üzv olmaq istəyən ölkələr qarşısında mövcud sazişlərin icrası , qanunvericilik bazasının yeniləşdirilməsi və ticarətin liberallaşdırılması üçün tarif və qeyri tarif maneələrin aradan qaldırılması tələbini qoyur. Ölkəmizdə həmin tələblərin yerinə yetirilməsi istiqamətində bir çox işlər aparılır. , bunlardan biridə ticarət də texniki maneələrin aradan qaldırılması üçün mövcud standartlaşdırılma və uyğunluğun qiymətləndirilməsi sisteminin ÜTT nin Ticarət Texniki Maneələr sazişinin tələblərinə uyğunlaşdırılmalıdır. ÜTT- nin standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi və idxal-ixrac qaydalarının asanlaşdırılması istiqamətində müəyyən işlər görülsə də hələ bir çox problemlər həll olunmamış qalır. Bunu nəzərə alan Qlobal İqtisadi Araşdırmalar Mərkəzi 4-5 Aprel 2007 ci il tarixində Beynəlxalq ticarət , standartlar və TÜT: mövcud vəziyyət, problemlər və perspektivlər mövzusunda beynəlxalq konfrans keçirəcək . Konfransda Azərbaycanın TÜT əy üzvlüyü istiqamətində görülən işlər , ticarətdə texniki maneələr və onların aradan qaldırılması yolları, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı istiqamətində aparılan işlər , kadr ehtiyatlarının gücləndirilməsi, informasiya yayımı və texniki dəstək və qanunvericilik bazasının təkmilləşdirilməsi, bu sahədə xarici təcrübənin öyrənilməsi, beynəlxalq standartların tətbiqinin genişləndirilməsi və .s məsələlər müzakirə olunacaq. Tədbirdə, Standartlaşdırma , Metrologiya və Patent üzrə Dövlət Agentliyi rəhbəri, Milli Məclisin İqtisadi Siyasət Komissiyasının sədri və digər üzvləri, Mədəniyyət və Turizm Nazirliklərinin nümayəndələri, Xarici işlər Nazirinin müavini , İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti İdarəsinin Rəhbəri, Kənd Təsərrüfatı , Sənaye və Energetika , Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin , beynəlxalq təşkilatların və özəl sektorların təmsilçiləri , xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliyin nümayəndələri, yerli QHT-in rəhbərləri iştirak edəcəkdir. Konfransın plenar iclası sona çatdıqdan sonra bölmə iclasları ilə davam edəcəkdir. Konfransdan əvvəl məqalələr toplusu yığılaraq kitab şəklində çap olunmuşdur .

Tədbir Azərsun holdinq sirkələr qrupu və AzEvrotelin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə Donorları:

» Azərsun holding

» Azeurotel

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi