Mərkəzimiz Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə bağladığı əməkdaşlıq memorandumu çərçivəsində beynəlxalq standartların ölkəmizdəki tətbiqi vəziyyətini müəyyən etmək məqsədilə "Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət" adlı araşdırma aparmışdır. Mərkəz bu sahədə mövcud vəziyyəti araşdırmaq məqsədilə ölkəmizdə fəaliyyət göstərən 9 sertifikatlaşdırma təşkilatlarından 7-si arasında sorğu təşkil etmişdir. Sonda aparılmış sorğu materillarının təhlili nəticəsində Hesabat hazırlanmışdır. May ayının 22-də Azərsun Holding-in "Mədəniyyət Sarayı"nda adı çəkilən hesabatın təqdimat mərasimi təşkil olunmuşdur. Bu tədbirdə ölkəmizdəki sertifikatlaşdırma təşkilatları, dövlət və yerli qeyri-hökumət təşkilatları və beynəlxalq standartlar üzrə sertifikat əldə edən şirkətlərin nümayəndələri iştirak etmişdir.