Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Azərbaycanda Informasiya iqtisadiyyat:nailiyyətlər, problemlər və perspektivlər

Son illər dünyada sosial – mədəni və siyasi – iqtisadi sferada informasiya kommunikasiya texnologiyalarının rolu get-gedə artmaqdadır. Belə ki, respublikamız müstəqillik əldə etdiyi gündən etibarən müasir texnologiyaların ölkədə tətbiqi sahəsində bir sıra iri miqyaslı tədbirlər həyata keçirilməkdədir. Məlumdur ki, neft kontraktları ölkəyə küllü miqdarda maliyyə vəsaiti cəlb etməklə yanaşı dünyada mövcud olan ən yeni texnologiyaların da Azərbaycana gətirilərək ölkə iqtisadiyyatına tətbiqinə şərait yaratmışdır. Əsrin kontraktının bağlanmasından keçən on il müddətində ölkə iqtisadiyyatının müxtəlif sahələrində o cümlədən İKT –nin də tətbiqinin genişlənməsi diqqəti cəlb edir.
Mərkəzimiz son zamanlar ölkə iqtisadiyyatında İKT-nin tətbiqi sahəsində görülən işlərin, əldə olunan nailiyyətlər mövcud problemlər və bu sahədə inkişaf perspektivlərini əhatə edən konfransın keçirilməsinə qərar verilmişdir. Məqsədimiz ondan ibarətdir ki, qeyd olunmuş mövzular ətrafında iştirakçıların rəyini dinləmək və onlar əsasında qeyd edilən sahədə görülən işlərin səmərəliyinin təminatı məqsədəuyğun tədbirlər planı hazırlayaraq icra etməkdən ibarətdir. Mərkəzimiz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əldə olunan razılığa əsasən təşkilatımız 22 May 2007-ci ildə "Azərbaycanda informasiya iqtisadiyyatı: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda praktik konfrans keçirmişdir. Tədbir iki seksiyadan ibarət olmuşdur. Konfransda yerli qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar o cümlədən özəl sektor nümayəndələrinin iştirak etmişdir. Hazırlanan tədbirlər planı QHT-ları tərəfindən təsis olunmuş “İnformasiya Cəmiyyətinin İnkişafı “ Alyansının tərkibində yaradılan İKT qruplarının əsasını təşkil edəcəkdir.

 

 

Layihələr

2008-ci il

» "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi"

» Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə təkliflərin toplanılması

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

2007-ci il

» ÜTT-yə üzvlüyün səmərələləri haqqında özəl sektorun məlumatlılığının artırılması

» İnformasiya iqtisadiyyatı: nailiyyətlər, problemləe və perspektivlər

» Beynəlxalq ticarət standartlar və ÜTT: mövcud vəziyyət , problemlər və perspektivlər

» Azərbaycanda beynəlxalq standartların tətbiqi sahəsində mövcud vəziyyət

2006-cı il

» Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icasına dəstək təşəbbüsü

» Lənkəran Biznes Tədris Mərkəzi

» Sorğu layihəsi

» Sahibkarlar Hüquqi Xidmət Mərkəzi

Layihə Donoru:

» Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi