Bilindiyi kimi müasir dövrdə dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi sayılan beynəlxalq ticarətin formalaşması istiqamətində özəl sektorun rolu günü-gündən artır. Artıq inkişaf etmiş dövlətlərin iri sahibkarlıq subyektləri dövlətlərarası ticarət danışıqlarının qərarlarını müəyyənləşdirirlər.
Lakin, təəsüf hissi ilə qeyd edək ki, belə tərəqqipərvər təzahürlərə hələ də keçid iqtisadiyyatlı dövlətlərdə rast gəlinmir. Bunu müstəqilliyinin gənclik dövrünü yaşayan və bazar iqtisadiyyatı şəraitinə keçiddə olan Azərbaycanada şamil etmək olar. Sössüz ki, beynəlxalq səviyyədə gedən bu proseslər bizim ölkədən və özəl sektorun istəklərindən asılı olmayaraq inkişaf edir. Təbii ki, belə bir vəziyyətdə beynəlxalq aləmdə ticarət münasibətlərini tənzimləyən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) artan mövqeyini heç kim xüsusilə də özəl sektor inkar edə bilməz. Buna görə də Azərbaycanda biznes sektorun ÜTT-yə üzvlük ərəfəsində maraqlarının qorunması, o cümlədən dövlətin bu sahədə ÜTT üzvlərindən daxil olan sualların cavablandırılması və qanunvericilik məsələlərinin Təşkilatın tələblərinə uyğunlaşdırılması sahəsində dəstəyə ehtiyyacı vardır. Bunu nəzərə alaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə QİAM, Azərbaycan Marketinq Cəmiyyəti və PRAXİS Sosial İnkişafa Dəstək İctimai Birliyi koalisiya olaraq “ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi” layihəsini həyata keçirir.
Layihənin əsas mahiyyəti biznes vəkillik xidmətinin göstərilməsidir. Əgər, bu xidmət zəruri səviyyədə təşkil və tətbiq olunarsa bütün maraqlı tərəflərin Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı qərarların qəbulunda və biznes strukturları, ictimaiyyətin təmsilçiləri və dövlət qurumları arasında qarşılıqlı tərəfdaşlığın təmin olunmasına töhvə verəcək səmərəli fəaliyyətə nail olunacaqdır.
Layihənin üzunmüddətli perspektivdəki məqsədi özəl sektorun ÜTT-yə üzvlük proseslərində fəal iştirakını və ÜTT-nin tələblərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsini təmin etməkdən ibarətdir.
Layihənin əsas nəticələrindən biri özəl sektorun global ticarət sisteminə inteqrasiyada əsas hərəkətverici qüvvəyə çevrilməsi və bu rola hazır olması həmçinin, ÜTT-yə üzvlük məsələləri ilə bağlı səmərəli idarəetmə və qərarların qəbulu üzrə qabiliyyətlərinin inkişafıdır.
Layihənin birbaşa benefisiarları Bakı, Bərdə, Masallı və Zaqatala rayonlarında təşkil olunacaq seminarlarda iştirak edəcək istehsal, emal və xidmət sahələrində fəaliyyət göstərən 100-ə qədər sahibkardır. Bununla yanaşı layihənin çap materiallarının paylanmasından və göstərilən vəkillik xidmətindən göstəriləndən daha çox sahibkar o cümlədən, də dövlət orqanlarının nümayəndələri faydalanacaq.
Layihə koalisiya formasında təşkilatlanmış 3 QHT subyekti tərəfindən icra olunacaqdır.
Koalisiyada aparıcı rola malik olan Azərbaycan Marlketinq Cəmiyyəti koalisiya üzvlərinin fəaliyyətini kordinasiya etməyə, maraqlı tərəflərin əməkdaşlığa cəlb olunmasına, Beynəlxalq Ticarət Mərkəzindən dəstəyin göstərilməsinə, həmçinin, hədəf institutlarla əlaqələrin qurulmasına cavabdehlik daşıyacaqdır.
Koalisyanın digər bir üzvü olan Qlobal İqtisadi Araşdırmalar Mərkəzi isə qanunvericiliyin ÜTT tələblərinə uyğunluğunun təhlil olunaraq müvafiq tövsiyələrin verilməsi və ÜTT üzvlərindən daxil olan suallara cavabların hazırlaması sahəsində əlaqədar dövlət qurumları ilə əməkdaşlığı həyata keçirəcəkdir.
Koalisiyaya daxil olan sonuncu təşkilat isə PRAXİS-dir. Təşkilat Azərbaycanın Qusar, Şəki və Masallı rayonlarında seminarların icrasını təmin edəcəkdir.
Layihənin müdddəti 12 aydır. (Oktyabr 1, 2008 - Sentyabr 31, 2009)