14.10.08 — Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə Koalisiyası və "ÜTT-nin təsirləri üzrə özəl sektorun məlumatlılığının artırılması və bu istiqamətdə biznes vəkilliyin təşviqi” layihəsinin təqdimat mərasimi keçiriləcəkdir.
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi, Azərbaycan Marketing Cəmiyyəti və Praxis Sosial İnkişafa Dəstək İctimia Birliyi arasında Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətində hökumətə dəstək göstərilməsi məqsədilə Koalisiyanın təsis edilməsi üzrə razılıq əldə olunmuşdur. Bu məqsədlə adı çəkilən təşkilatlar qeyd olunan istiqamətdə öz səylərini birləşdirərək birgə layihələrin icrasını da məqsəd kimi qarşıya qoymuşdur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Counterpart İnternational təşkilatları ilə danışıqlar nəticəsində yenicə qurulmuş Koalisiyanın ilk layihəsinin icrasına da dəstək verilmişdir. Layihə Koalisiyanın məqsədlərinə cavab verməklə , ölkəmizin ÜTT-yə üzvlüyünün təsirləri haqqında özəl sektorun məlumatlandırılması, o cümlədən biznes vəkilliyin təşviqi məsələlərini əhatə etməkdədir. Adı çəkilən layihənin ictimaiyyətə tanıdılması məqsədilə Koalisiya üzvləri sabah Azərbaycan Marketing Cəmiyyətinin ofisində təqdimat mərasimini keçirmək qərarına gəlmişlər. Tədbir 11:00-da keçiriləcəkdir.
14.10.08— Q İAM-ın ekspertləri media nümayəndələri üçün Sosial Məsuliyyət məsələləri ilə bağlı mühazirə söylədi.
10.10.08— QİAM ekspertləri Qlobal Saziş Təşəbbüsünə dair media nümayəndələri üçün təşkil olunacaq Treninq-Seminarda Kooperativ Sosial Məsuliyyət mövzusunda çıxış edəcək.
QİAM Qlobal Saziş Təşəbbüsünə qouşulduqdan sonra Təşəbbüsün yerli nümayəndəliyi ilə sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bu fəaliyyətin nəticəsi kimi Nümayəndəlik təşkilatımıza rəsmi məktubla müraciət etmiş və Mərkəzimizin ekspertlərinin yuxarıda qeyd olunan tədbirdə "Azərbaycanda KSM sahəsində fəaliyyət və beynəlxalq təcrübə mövzusunda" çıxış etməsini təklif etmişdir. QİAM-ın rəhbərliyi məktubu nəzərdən keçirdikdən sonra Təklifi məmnuniyyətlə qəbul etmiş və Mərkəzin ekspertləri olan Ruslan Atakişiyev və Elxan Mikayılovun tədbirdə mühazirəçi qismində iştirakını təsdiqləmişlər. Treninq-Seminar 14 oktyabr 2008-cui ildə Park İnn Hotelinin "Nəsimi" zalında təşkil olunacaqdır.
08.10.08— QİAM "Kişik sahibkarlığın inkişafı yolları" mövzusunda təşkil olunan konfrasındabir daha tərəfdaş təşkilat kimi vurğulandı.
QİAM nümayəndələri bu gün "Kişik sahibkarlığın inkişafı yolları" mövzusunda təşkil olunan konfrasında iştirak etdilər. Konfrans Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən təşkil olunmuşdu. Tədbirdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında geniş məlumat verilmişdir. Belə ki bu sahədə adı çəkilən Fondla yanaşı Koalisiyaya daxil olan digər təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən sorğular. görüşlər, qanunvericiliyin təhlili və onun nəticələri və koalisiyanın kiçik sahibkarlığın və ümumilikdə biznes mühitinin ölkəmizdə daha da yaxşılaşdırılması istiqamətində verdikləri təkliflər ictimaiyyətə çatdırılmışdır. Tədbirdə Fondun rəhbəri cənab Sabit Bağırov çıxış edərək Koalisiyaya daxil olan üzv təşkilatlar və onlarınlayihədəki fəaliyyəti haqqında məlumat vermişdir. O bir daha Qlobal İqtisadi Araşdırmalar Mərkəzini Kolaisiyanın tərkibinə daxil olan və əməkdaş bir təşkilat kimi vurğulamışdır. Tədbirdə QİAM-ın sədr müavini çıxış edərək, layihə boyu həyata keçirdiyimiz fəaliyyət haqqında qısa məlumat verərək əsas diqqəti regionlardakı sahibkarların problemlərinə yönəltmişdir.
01.10.08—QİAM USAID-in maliyyə dəstəyi ilə həyata keçiriləcək yeni bir layihənin icrasına qoşuldu.
Layihənin əsas mahiyyəti biznes məsələhət xidmətinin göstərilməsidir. Əgər bu xidmət zəruri səviyyədə təşkil və tətbiq olunarsa cəmiyyətin ÜTT-yə qəbulla bağlı qərarların qəbulu və biznes strukturları,cəmiyyət və dövlət arasında qarşılıqlı anlaşmanın təmin olunmasına töhvə verəcək səmərəli fəaliyyətə nail olunacaqdır. Layihənin üzunmüddətli perspektivdəki əsas məqsədi özəl sektorun ÜTT-yə üzvlük proseslərində fəal iştirakını və ÜTT-nin tələblərinə uyğun qanunvericiliyin təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Layihə Koalisiyaya daxil olan Azərbaycan Marketinq cəmiyyəti, Mərkəzimiz və Praxis təşkilatı tərəfindən icra olunacaqdır.
11.09.08—QİAM Şəkidə seminar təşkil etdi.
Tədbir saat 11:00 da başladı. Giriş nitqi ilə QİAM-ın eksperti Ruslan Atakişiyev çıxış edərək iştirakçılara tədbirin məqsədi və proqramı haqqında məlumat verdi. Bundan sonra o, biznes mühitinin şərtləndirən 10 göstərici haqqında iştirakçılara mühazirə oxudu və iştirakçılara bildirdi ki, onlar bu göstəricilərin hər biri haqqında öz təkliflərini verə bilərlər. Sahibkarlar bildirdilər ki, onların problemlərinə birincisi qeydiyyat problemi, ikincisi torpaq və sonra kredit problemləri daxildir. Bu problemlər üst-üstə düşərək sahibkarların normal fəaliyyəti üçün maneələr yaradır. Bu baxımdan fəaliyyətin ən asan yolu əmlakı icarəyə verməkdir. Belə ki, sahibkar fəaliyyəti təşkil etdikdən sonra getdikcə müflisliyə doğru gedir və mənfəət əldə etmək çətinləşir. Vəziyyətdən çıxış yolu kimi sahibkarlar kredit götürməyə məcbur olurlar ki, burada da bir sıra problemlər var.
0909.08— QİAM və ISO-nun eksperti cənab Elxan Mikayılov Sosial Məsuliyyət məsələlərinə həsr olunan Çili konfransından vətənə qayıtdı.
İSO 26000 layihə standartına verilən 5000 mindən artıq rəyin müzakirə edilməsi üçün növbəti görüş Çilinin paytaxtı Santyaqo şəhərində keçirilmişdir. Bu tədbirdə Azərbaycanı QHT qrupundan ekspert seçilmiş Qlobal İqtisadi Araşdırmalar Mərkəzinin Şöbə müdiri Elxan Mikayılov təmsil etmişdir. Görüşdə 80 ölkədən 400 ekspert və müşahidəçi iştirak etmişdir. Görüş çərçivəsində aşağıdakı 3 böyük tədbir keçirilmişdir: “Hökumətlərin Sosial Məsuliyyətdəki rolu” adlı beynəlxalq konfrans(1 gün) “İSO- inkişaf etməkdə olan ölkələrdə sosial məsuliyyəti” üzrə Qlobal Forum (2 gün) İSO Sosial Məsuliyyət üzrə 6-cı Plenar İclası (5 gün). Konfransda ölkəmizi təmsil edən cənab Mikayılov Beynəlxalq Standartlaşma(ISO) Təşkilatı tərəfindən sosial məsuliyyət standartının hazırlanmasında dövlət və qeyri-hökumət təşkilatları adından öz təkliflərini təqdim etmişdir.
Sağdan üçüncü cənab Mikayilovdur
05.09.08— QİAM biznes mühitin inkişafına xidmət edən layihə çərçivəsində bir sıra seminarlar təşkil edəcəkdir.
QİAM və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım aeasında əldə olunan razılığa əsasən Mərkəzimiz ölkə regionlarında 6 seminar təşkil edəcəkdir. QİAM-ın eksperti Ruslan Atakişiyev 6 iri region şəhərlərində sahibkarlara biznes mühitinin və onun qiymətləndirilməsi üzrə "Doing Business"-in 10 göstəricisi haqqında geniş məlumat verəcəkdir. Eyni zamanda tədbirlər çərçivəsində sahibkarların problemləri təhlil ediləcək və onların ölkəmizdə biznes mühitinin inkişafı ilə bağlı verəcəkləri təkliflər toplanılacaqdır.Sonda təhlil olunan məlumatlar əsasında təkliflər hazırlanaraq aidiyyatlı təşkilatlara təqdim olunacaqdır.
05.09.08— QİAM Qlobal Saziş Təşəbbüsünə qoşuldu.
QİAM BMT-nin Baş kaitbinə məktub ünvanlayaraq təşkilatımızın Qlobal Saziş Təşəbbüsünə qouşulmasına köməklik göstərməsini xahiş etdi. QİAM-ın fəaliyyətlərini nəzərə alan təşkilat öz yerli nümayəndəsi vasitəsilə adı çəkilən təşəbbüsə qoşulmamızın təsdiqlənməsi haqqında bizi xəbərdar etdi. Bundan sonra təşkilatımız ölkəmizdə Qlobal Saziş Təşəbbüsü çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak etmək məqsədini qarşıya qoymuşdur.
vvv ссv v v v
31.07.08— QİAM "Müəssisələrdə həyata keçirilən dövlət yoxlamalarının hüquqi statusu" ilə bağlı araşdırma xidməti göstərdi.
Mərkəz müəssisələrdə həyata keçirilən dövlət yoxlamalarının hüquqi
əsaslarının müəyyənləşdirilməsi məqsədilə araşdırma həyata keçirdi. Araşdırma
zamanı mövcud qanunverici baza təhlil olunmaqla yanaşı xarici təcrübəyə də
müraciət olundu. Sonda bu sahədə həyata keçirilən tədbirlərin daha da
səmərəliliyinin artırılması məqsədilə təkliflər hazırlanaraq sifarişçi tərəfə təqdim
olundu. Adı çəkilən xidmət sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım
Fondu tərəfindən sifariş edilmişdi.