Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Əməkdaşlıq

:: Azərbaycan Respublikasi İqtisadi İnkişaf Nazirliyi
QİAM İqtisadi inkişaf nazirliyi ilə əməkdaşlıq etməkdədir. Mərkəz Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı katibliyi iklə memorandum imzalamışdır. Eyni zamnada təşkilat bu proqram çərçivəsində iki layihənin icrası üzrə katibliklə əməkdaşlıq etməkdədir. Bunula yanaşı QİAM İİN-nin digər katibliyi olan Davamlı İnsan İnkişafı Proqramı katibliyi ilə də əməkdaşlıq etməkdədir.

:: Alman Texniki Əməkdaşlıq Təşkilatı (GTZ)
Qlobal Iqtisadi Araşdırmalar Mərkəzi Alman Texniki Əməkdaşlıq Təşkilatı ilə birlikdə İqtisadi Inkişaf Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Lənkəran iqtisadi rayonunda Biznes Tədris Mərkəzinin açılmasını planlaşdırır. Layihə iki il müddətində davam edərək QİAM tərəfindən icra olunacaqdır. Lənkəran biznes tədris mərkəzinin fəaliyyət profillərinin dəqiqləşdirilməsi məqsədilə QİAM Lənkəran iqtisadi rayonunun 90 müəssisəsi arasında sorğu aparılmışdır. Sorğu Alman Texniki Əməkdaşlıq Təşkilatının maliyyə vəsaiti hesabına həyata keçirilmişdir.

:: Danimarka Qaçqınlar Şürası (DQŞ)
QİAM və DQŞ “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına dəstək təşəbbüsü” adlı layihə hazırlamşıdır.

:: Dünya Bankı
QİAM Dünya Bankının eksperti cənab Kristos Kostopoulos üçün 6 fevral 2006-cı ildə “Dövlətin İctimayi xidmətinin keyfiyyəti ” mövzusunda seminar təşkil etmişdir.

:: SGS İnternational kompaniyası ilə birgə seminar.
QIAM 27 fevral 2006-cı ildə Lənkəran rayonunda Beynəlxalq Sertifikatlaşma təşkilatı olan SCS-lə birgə sahibkarlar üçün “İSO 9001-2000 Beynəlxalq standartı qəbul etməyin müəssisənin inkişafında rolu” movzusunda seminar təşkil etmişdir. Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.

:: Azərbaycan Respublikası Maliyyə Nazirliyi (ARMN)
QİAM ilə ARMN arasında 09.04.2005-ci il tarixdən Milli Mühasibat Uçotu sisteminin və mühasib ixtisasının inkişafının vahid strategiyası¬nın işlənib hazırlanması barədə əməkdaşlıq haqqın¬da memorandum imzalanmışdır.

:: Şevron Teksaco Neft Şirkəti
Mərkəz tərəfindən Şirkətə göndərilən məktub və qrant müraciəti əsasında Azərbaycan Dövlət İqtisad Universiteti texnuiki vasitələrlə təchiz olunmuşdur.Eyni zamanda şirkət universiteti Moskvada çap olunan 100-lərlə kitab bu əməkdaşlıq çərçivəsində universitetə təqdim edilmişdir. Bu fəaliyyət 2003-2005-ci illəri əhatə etmişdir.

:: Azərbaycan Dövlət İqtisad Universiteti (ADIU)
QIAM və ADİU Qloballaşma və regional iqtisadi inkişaf adında konfrans təşkil etmişdir. Təşkilatlar gələcək fəaliyyətlərlə bağlı qarşılıqlı əməkdaşlıq haqqında da müqaviləyə imza atmışlar.

:: Zayqon Kaspian Konsaltinq (ZKK)
ZKK və QİAM “ISO 9001:2000.Keyfiyyət menecmenti sistemləri və Daxili audit” mövzusunda treyninqin təşkili üzrə müqavilə imzalamışdır.

:: Ataholding, BP, AZER-ASIA, Kapital Audit MMC,İtoçu-oyl, PraysVoterHausKupers, Yevropean Tobakko.
Bu təşkilatlar “Qloballaşma və regional iqtisadi inkişaf” mövzusunda təşkil olunan konfransın həyata keçirilməsinə maliyyə dəstəyini göstərmişlər

:: ABŞ səfirliyi
Global İqtisadi Araşdırmalar Mərkəzi ABŞ səfirliyinin elan etdiyi kiçik qrantlar proqramında iştirak edərək qalib olmuş və “Ümumdünya Ticarət Təşkilatının (ÜTT) səmərələri haqqında özəl sektorun məlumatlılığının artırılması” layihəsini həyata keçirmişdir.



Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
Deutsche Gesellschaft für Technische Zusammenarbeit
Danish Refugee Council
World Bank
Société Générale de Surveillance
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Chevron
Azerbaijan State Economic University
Zygon Caspian Consuting
AtaHolding
BP
Azər-Asia
Kapital Audit MMC
Itochu-oil
PriceWaterHouseCoopers
European Tobacco - Baku

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi