Qlobal Iqtisadi Arasdirmalar Mərkəzi
az | en
Home Feedback
Haqqımızda Layihələr Əməkdaşlıq Xidmətlər Resurslar Xəbərlər və Tədbirlər Əlaqə
 


Haqqımızda

Yaranma səbəbi

Müasir dövrdə vahid dünya iqtisadiyyatının formalaşması ideyası aktual bir məsələyə çevrilmişdir . Dövlətlər arası iqtisadi inteqrasiya və bununla yanaşı kəskin beynəlxalq rəqabət ölkələri öz iqtisadi inkişaf strategiyalarını elastik, tez bir zamanda istənilən bir şəraitə uyğunlaşma şərtləri üzərində müəyyən etməyə vadar edir. Belə bir şəraitdə yenicə müstəqillik qazanmış Azərbaycanın qısa zamanda iqtisadiyyatın gələcək inkişaf strategiyasının istiqamətini müəyyənləşdirərək zəruri islahatlar aparması günün vacib məsələlərindəndir. Keçmiş amirlik sisteminin iqtisadi qalıqlarından birdəfəlik imtina edərək bazar iqtisadiyyatı şəraitinin tələblərinin bütün sahələrdə tam tətbiqinə nail olunmalıdır. Lakin keçid iqtisadiyyatına xas olan bir çox problemlər bütün sahələrdə hökumət və cəmiyyət qarşısında hələ də həlli vacib bir sıra çətinliklər yaradır. Bütün bunları nəzərə alan bir qrup iqtisadçı mütəxəssislər Bazar iqtisadiyyatı şəraitinin tətbiqi ilə milli iqtisadiyyatın formalaşmasına və onun vahid dünya iqtisadi sisteminə inteqrasiyasına ictimai dəstək göstərmək məqsədi ilə Qlobal İqtisadi Araşdırmalar Mərkəzini təsis etdilər.

Missiyamız

Dünya iqtisadiyyatının üstünlüklərinin Azərbaycanda tətbiqinə dəstək göstərməklə özəl sektorun davamlı inkişafına nail olmaqdır.

Məqsədlərimiz

1.Biznes və investisiya mühitinin sağlamlaşdırılması.

2.Qabaqcıl sahibkarlıq təcrübəsinin tətbiqinə nail olmaq.

3.Azərbaycanda beynəlxalq standartların tətbiqinə dəstək göstərilməsi.

4.Beynəlxalq ticarətin tənzimlənməsi sahəsində yeniliklərin Azərbaycanda tətbiqinin genişləndirilməsi.

Vəzifələrimiz

• Beynəlxalq maliyyə, keyfiyyət və idarəetmə standartlarının Azərbaycanda tətbiqinin həyata keçirilməsi.

• Ölkədə sahibkarların biznes fəaliyyətlərində qarşılaşdıqları problemlərin üzə çıxarılması və bunların həll olunması istiqamətində işlərin aparılması;

• Yeni investisiya mənbələrinin aşkarlanması yolu ilə ölkəyə xarici və daxili investisiyaların cəlbi istiqamətində ardıcıl layihələrin hazırlanması və reallaşdırılması;

• Müasir biznesdə mövcud olan qabaqcıl idarəetmə təcrübələrinin kiçik və orta sahibkarlıq subyektləri arasında yayılmasına dəstək göstərilməsi;

• Yerli əmtəə və xidmətlərin daxili və xarici bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;

Fəaliyyət istiqamətlərimiz

• Layihələrin hazırlanması və həyata keçirilməsi;

• Sorğu və araşdırmalar həyata keçirir;

• Treninqlər, seminarlar, konfranslar, dəyirmi masalar və görüşlər təşkil edir;

• Jurnallar, kitabçalar, bülletenlər və s. nəşr edir;

• KİV-də verilişlərin, məqalələrin, informasiya xarakterli məlumatlar verir;

Fəaliyyət sahələrimiz

• Kiçik və orta sahibkarlığın inkişafı

• İnvestisiya mühiti və onun cəlbi məsələləri

• Rəqabət

• Regional sosial-iqtisadi inkişaf

• Beynəlxalq ticarət və Ümumdünya Ticarət Təşkilatı

• Mühasibat Uçotunun Beynəlxalq Standartları

QİAM 30 sentyabr 2003-cü ildə qeydiyyatdan keçmişdir.Təşkilat 19 noyabr 2003-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

 

 

» Haqqımızda

» Struktur

» Əlaqə məlumatı

Bəkraund

 

Hüquq © 2008 Qlobal İqtisadi Araşdırmalar Mərkəzi